!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT Rusiyada vurulan İl-76 ilə bağlı iclas keçirdi

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatı (BMT) göyərtəsində ukraynalı hərbi əsirlərin olduğu vurulan İl-76 hərbi təyyarəsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskvadan görüşdə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski iştirak edib.

Polyanski xəbərdarlıq edib ki, Ukraynanın Avropa mərmilərindən istifadə etdiyi təsdiqlənərsə, Qərb üçün vəziyyət daha da mürəkkəbləşəcək. O qeyd edib ki, təyyarə ya Amerikanın Patriotu, ya da Almaniya istehsalı olan IRIS-T tərəfindən vurula bilər. Əgər bu təsdiqlənərsə, “Qərb dövlətləri cinayətin ortaqlarına çevriləcəklər”, deyə o xəbərdarlıq edib.

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv