!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT TŞ-nın humanitar vəziyyətlə bağlı iclasının vaxtı açıqlandı

!Reklam – Yazi

Çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclası keçiriləcək.


Yenicag.az xəbər verir ki, Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın Daimi Nümayəndəliyi məlumat yayıb.

“Oktyabrın 31-də saat 10.00-da Ekvador və Fransanın xahişi ilə biz Ukraynadakı humanitar vəziyyətlə bağlı görüşəcəyik”, – məlumatda deyilir.

Qeyd olunur ki, OCHA-nın koordinasiya departamentinin direktoru Ramesh Rajasingham məruzə ilə çıxış edəcək.

Bundan əvvəl  Birləşmiş Millətlər Təşkilatı Ukraynada piyada əleyhinə minaların və kassetli sursatların istifadəsinə son qoymağa çağırıb. Bu barədə Ümumdünya Silahsızlanma Təşkilatının ali nümayəndəsinin müavini Adadeji Ebo BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv