!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT TŞ-nin yeni qeyri-daimi üzvləri seçildi

!Reklam – Yazi

BMT Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib.

Yenicag.az xəbər verir ki, bunlar Əlcəzair, Qayana, Cənubi Koreya, Syerra-Leone və Sloveniyadır.

Yeni qeyri-daimi üzvlər 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçki yolu ilə müəyyənləşib.

Əlcəzair 184, Qayana 191, Cənubi Koreya 180, Syerra-Leone 188, Sloveniya isə 153 səslə üstün olub.

Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası səsvermə yolu ilə seçilən 10 qeyri-daimi və beş daimi üzvdən (Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa) ibarətdir./Report/

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv