!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BNA -dan hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edib.

BNA-dan Yenicag.az-a verilən xəbərə görə, 14-15 yanvar tarixlərində paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Bunu nəzərə alaraq sürücülərə xüsusən enişli-yoxuşlu yollarda diqqətli olmaları tövsiyə edilir: “Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.

 

 

www.yenicag.az

169
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100