!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BNA-nın BŞİH tabeliyinə verilməsi: "Bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan..."

!Reklam – Yazi

“Bu gün verilən fərman, əslində, BŞİH tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını, qismən də olsa, göstərir”.

Yenicag.az xəbər verir ki, bunu prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanla Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsinə münasibət bildirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var:

“BNA-nın taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi. Bu gün verilən fərmanın davamı da olacaq, yəqin ki. Çünki hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var. Bu qurum üçün ən uyğun olmayanı dayanma və durma qaydalarının pozulmasına nəzarət və buna görə cərimə tətbiqidir. Ehtimal edirəm ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək.

Bu gün verilən fərman, əslində, BŞİH tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını, qismən də olsa, göstərir: Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili sahəsində həyata keçirilən fəaliyyət; Ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət; Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət.

Qeyd edilənlərdən başqa, yeni formatda BNA paytaxtda müasir mobilliyi, şəhər mühitinin yenilənməsini, “hər şey avtomobillər üçün” prinsipindən “hər şey insan üçün” prinsipinə keçidi tədricən təmin etməlidir.

Sözsüz ki, söhbət bu sahələrdə həyata keçirilən fəaliyyətin ümumi təşkilindən və dövlət adından idarə edilməsindən gedəcək.

Hər bir halda, ümid edək ki, işlər yaxşılığa doğru gedəcək”.

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv