!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bob Menendes barəsində yeni ittiham irəli sürüldü

!Reklam – Yazi

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senatoru Bob Menendes barəsində yeni ittiham irəli sürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Menendes həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan biznesmen Vael Hana ilə birgə xarici agent funksiyasını yerinə yetirmək üçün əlbir olmaqda ittiham edilir.

Qeyd olunur ki, sözügedən şəxslər 2018-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər Menendesin Misir agenti kimi fəaliyyət göstərməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, Bob Menendes barəsində bir neçə ittiham irəli sürülüb. O, əsas olaraq pul və qızıl külçələr şəklində rüşvət almaqda ittiham edilir. Ermənipərəst senator Menendes Fred Daibes adlı tərtibatçıdan 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələr götürməkdə təqsirləndirilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendesə rüşvət verdiyi bildirilir. Həmkarları onun Konqresdən istefa etməsi ilə bağlı çağırışlar edib.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv