!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böhran Çini də vurdu – Böyük şəhərlər işıqsız qaldı

!Reklam – Yazi

Kömür qıtlığı Çində bir neçə böyük şəhərin elektrik enerjisi ilə təminatını iflic edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yaranan problemə görə ən çox əziyyət çəkən şəhərlər arasında Şenyan, Tszilin, Dalyan kimi iri yaşayış məntəqələri də var.

Məlumata görə, həmin şəhərlərdə ümumilikdə 40 milyona yaxın insan yaşayır.

Qeyd olunur ki, çatışmazlıq üzündən nəinki yaşayış binalarını, hətta işıqforları, liftləri və sənaye müəssisələrini də elektrik enerjisi ilə təmin etmək mümkün olmur.

Supermarketlərin işıqlandırılması üçün şamlardan istifadə olunur, su təchizatı isə dayanmaq üzrədir.

Hökumət kömür qıtlığını aradan qaldırmaq üçün bir neçə variantı nəzərdən keçirir.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv