!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəldi

!Reklam – Yazi

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı 1/8 finalda şotlandiyalı Yakub Naismiti məğlub edib.

Yığma üzvü 3:0 (28:28, 30:26, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mirboran Yıldırımla (Türkiyə) qarşılaşacaq. Görüş iyulun 27-də olacaq.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin beşinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxacaq.

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv