!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boksçumuz Şəmsi Şahbazov yarımfinala yüksəldi

!Reklam – Yazi

Boksçusumuz Şəmşi Şahbazov yarımfinala yüksəlib.

Yenicag.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 71 kq çəkidə çıxış edən Şəmşi Şahbazov Tacikistanlı boksçu Abduahad Babaevi məğlub edib və yarımfinala yüksəlib. Bununla da həmyerlimiz ən azı bürünc medalı təmin edib. Yarımfinal görüşlərinə 22 avqust tarixində start veriləcək.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar./Trend/

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv