!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bölgədə bu qədər müsəlman ölkəsi olsa da, İran Ermənistanla qardaşlıq edir” – DAK rəsmisi

!Reklam – Yazi

“Azərbaycan gördüyü cavab tədbirləri ilə Tehran rejimini, sözün tam mənasında, yerində oturtdu”.

Bu fikirləri İranın fars-molla rejiminin Azərbaycanla yanaşı, bir çox başqa ölkələrlə də münasibətləri gərginləşdirməsinin səbəblərinə toxunan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, İran rejiminin daxilində artan ziddiyyətlər Tehranı əlavə gərginliklər yaratmağa sövq edir:

“Bildiyiniz kimi, İranın Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiyaya PUA-lar və müxtəlif silahlar verməsi Ukraynanın da, başqa ölkələrin də etirazına səbəb olub. Ukrayna Prezidenti ABŞ Konqresində də bu məsələdən danışdı, İranı sərt tənqid etdi.

İranın bəzi rəsmiləri isə bunun qarşılığında Ukraynanı təhdid etməyə başladılar. Əslində, rejim üçün belə hallar xarakterikdir. Çünki diqqəti daxili problemlərdən yayındırmaq üçün bu və ya başqa ölkələrlə gərginlik yaratmağa üstünlük verirlər. Ancaq bunun da faydası olmur.

Məsələn, İran rejimi ötən aylarda Azərbaycana qarşı hərəkətə keçdi, sərhəddə təlim keçirib təhdid etməyə çalışdı. Azərbaycan isə gördüyü cavab tədbirləri ilə Tehran rejimini, sözün tam mənasında, yerində oturtdu. Ona görə də indi rəsmi səviyyədə Azərbaycan əleyhinə nəsə deməməyə çalışırlar.

Əvəzində ekspert adlandırdıqları rejim xidmətçilərini efirə çıxarırlar. O gün farsca düz-əməlli danışan bilməyən bir erməni tarixçi qadını çıxarıb Laçın yolunun açılmasını müzakirə edirdilər. Baxın özləri problemlərin içində itib-batırlar, hələ bir Laçın yolundan danışırlar…

İran rejiminin xisləti budur. Diqqət edin, bölgədə Azərbaycan, Türkiyə daxil, neçə müsəlman ölkəsi var. İran isə bu ölkələrlə deyil, Ermənistanla qardaşlıq edərək öz mahiyyətini tam çılpaqlığı ilə göstərir. Ümumiyyətlə, İran rejiminin daxilində artan ziddiyyətlər Tehranı əlavə gərginliklər yaratmağa sövq edir. Bununla vəziyyətdən çıxmaq üçün vaxt qazanmağı düşünürlər”.

A.Zeynalov

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv