!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır – QİYMƏTLƏR

!Reklam – Yazi

Bölgələrdən ucuz alınan meyvələrin qiyməti paytaxt bazarlarında od tutub yanır. Bəs bunun səbəbi nədədir?

Məsələ ilə bağlı “Xəzər TV”-də yayımlanan “Xəbər ertəsi” verilişində maraqlı sujet efirə gedib. Araşdırmada göstərilib ki, yay fəslinin olmasına baxmayaraq meyvələrin qiyməti hələ də ucuzlaşmaq bilmir. Hətta bazardakı bu vəziyyət sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Bildirilib ki, builki qiymətlər əvvəlki illərlə müqayisədə xeyli yuxarıdır.

Sujetdə bazardakı qiymətləri göstərmək üçün alıcıların fikirlərinə də yer verilib. Onlar da bahalaşmanın bütün meyvələrdə müşahidə olunduğunu bir daha təsdiq ediblər: “Mövsumi meyvələrin qiymətlərində keçən ilə nisbətən 2-3 qat daha çox artım var. Heç bu vaxt da, alça 15 manat olar?!”.

Bahalaşmanın səbəbini satıcılar mart ayında havaların soyuq keçməsi, eləcə də  meyvələrin daha çox Rusiya bazarlarına aparılması ilə izah ediblər: “Keçən il qiymətlər bundan ucuz idi. Yollar açılıb meyvələr də Rusiyaya daşınır”.

Müqayisə zamanı Bakı bazarındakı qiymətlərlə bölgələrdəki qiymətlər arasında xeyli fərq olduğu ortaya çıxıb. Hətta bəzi meyvələrdə bunun 10- 15 manata qədər artdığı müşahidə olunur.  

Rayonda zəhmətlə məhsul əldə edən fermerlər isə bu vəziyyətdən daha çox narazıdırlar. Belə ki, onlardan ucuz qiymətə alınan meyvələr bazarlara xeyli baha qiymətə çıxarılır: “Biz hazırda məhsulu 2 manat 50 qəpiyə satırıq. Amma bazarda satdığımız məhsul 7- 8 manata qoyulub. Bizdən alan alverçilər yalandan deyirlər ki, bazarda qiymətlər düşüb, biz də məhsul xarab olmasın deyə ucuz satmağa məcbur qalırıq”.

Millət vəkili Rüfət Quliyev deyir ki, kənd təsərrüfatında iki ildir ki, bir sıra problemlər mövcuddur. Onun sözlərinə görə, fermerlər daha çox qazanc əldə etmək üçün kooperasiya haqqında qanundan yararlana bilərlər. Rüfət Quliyev qiymətlərin aşağı salınması üçün əkin sahələrinin artırılmasının vacibliyini vurğulayıb. O, əkinəyararlı torpaq sahələrindən maksimum istifadə olunmasını tövsiyə edir: “Əvvəl rayona gedəndə bir qarış əkilməmiş sahə görməzdik. Bundan başqa köklü konseptual kənd təsərrüfatının inkişafının templərini də artırmaq lazımdır”.

Millət vəkili həmçinin bildirir ki, qlobal bahalaşma ölkəmizdəki qiymətlərə də təsirini göstərməkdədir.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv