!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boliviyada iğtişaşlar - 5 ölü, 50 yaralı

!Reklam – Yazi

Boliviyanın Koçabamba şəhərində baş verən toqquşmalarda azı 5 nəfər ölüb,  50 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “La Razon” nəşri yazıb.

Qeyd edilir ki, hərbçilər və polis əməkdaşları Boliviyanın sabiq prezidenti Evo Moralesin tərəfdarlarını şəhərə buraxmayıblar.

Nümayişçilərdən odlu silah və partlayıcı maddələr götürülüb.

“Biz sona kimi danışıqlar apardıq, amma vəziyyət nəzarətdən çıxanda polis qarışmalı və ictimai asayişi bərpa etməlidir”, – yerli polis departamentinin başçısı Hayme Surita bildirib.

Ölkənin sabiq prezidenti Evo Morales özünün “Twitter” səhifəsində qeyd edib ki, polis Koçabambada onun tərəfdarlarını öldürür.

Xatırladaq ki, noyabrın 10-da prezident Morales də daxil olmaqla, Boliviyanın bütün rəhbərliyi ölkədə etirazlar fonunda istefaya gedib.

www.yenicag.az

1925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv