!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bolqarıstan Xalq Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

Yenicag.az xəbər verir ki, Bolqarıstan nümayəndə heyətinin üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Daha sonra, nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib./AZƏRTAC

 

***

10:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

Bununla bağlı President.az məlumat yayıb.

***

09:00

Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Yenicag.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv