!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bolqarıstanda Azərbaycanın adı hallanan QAZ QALMAQALI: “Müqavilədə məxfilik şərti varsa...” – REAKSİYA

!Reklam – Yazi

“Sazişdəki gizli detalların sızdırılması həm də siyasi rəqabətdən irəli gələ bilər”.

Bu fikirləri Azərbaycanla Bolqarıstan arasında 2013-cü ildə imzalanmış təbi qaz üzrə anlaşmanın məxfi detallarının ictimailəşməsinin səbəblərinə toxunan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, hər hansı bir ölkə başqa dövlətlə imzaladığı müqavilədə yer alan məxfilik şərtlərini qorumağa borcludur:

“Əvvəla onu qeyd etmək istərdim ki, dövlətlərarası müqavilələrdə məxfiliyin qorunması öhdəliyinin olması doğru deyil. Amma müəyyən hallarda, məsələn, silah ticarətində məxfiliyin təmin olunması şərtinin öz əksini tapması başadüşüləndir.

Bolqarıstanla Azərbaycan arasında imzalanmış qaz müqaviləsinin məxfi maddələrinin sızmasının bəzi səbəbləri ola bilər. Bildiyiniz kimi, bütün ölkələrdə siyasi mübarizə gedir, rəqabət aparılır. Bu siyasi mübarizədə isə bütün vasitələri məqbul sayan tərəflər olur. Fikrimcə, Bolqarıstanda da məxfi maddələrin ictimailəşməsi siyasi mübarizənin elementi kimi ortaya çıxıb”.

A.Zeynalov

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv