!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bolqarlarla altıncı duel - Seriya Bakıda qırılacaq?

!Reklam – Yazi

Azərbaycan millisi bu gün “FIFA series – Edition 2024” turnirində Bolqarıstanla qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan milliləri buna qədər beş dəfə üz-üzə gəlib. Bu matçların 4-də bolqarlar qələbə qazanıb, bir görüş isə heç-heçə olub. Bolqarıstan yığması bu matçlarda 9, Azərbaycan isə 2 qol vurub.

Komandalar arasındakı son görüş 2015-ci ilə təsadüf edir. Sofiyada keçirilən Avropa çempionatının seçmə mərhələ oyunu bolqarların qələbəsiylə başa çatıb – 2:1.

Azərbaycan yığması bu gün bolqarlara qarşı uğursuz seriyanı sonlandırmağı hədəfləyir. Monqolustanla matçda “bir nömrədə” oynayan millinin bu gün bir az daha müdafiədən oynayacağı ehtimal edilir. Bolqarlar asan rəqib deyil və futbolçularının bir çoxu legioner həyatı yaşayır.

Bolqarıstan millisi FIFA reytinqində bizdən öndədir. Onlar 83-cü, Azərbaycan yığması isə 113-cü pilləni tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Bolqarıstan oyununa saat 20:00-da start veriləcək. Komandalar yoldaşlıq turnirinin birinci oyununda qələbə qazanıb. Azərbaycan Monqolustanı, Bolqarıstan isə Tanzaniyanı məğlub edib./Futbolpress.az

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv