Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Borc söhbəti Vüsaləni özündən çıxartdı: "Faktı varsa, ortaya qoysun"

Tanınmış jurnalist Ülviyyə Alovlunun “Maşın şou” nun iştirakçısı Vüsalə Kərimova ilə bağlı səsləndirdiyi ittiham cavabsız qalmayıb.

Yenicag.az-a açıqlama verən V. Kərimova Ü. Alovlunun yalan danışdığını deyib:

“Günelin cavabını verdim, indi də deyəsən Ülviyyə mənim adımla reklam olunub, işə düzəlmək istəyir. Oyun bitib, bu da bilmir özündən nə düzüb-qoşub danışsın. Qalib Talıbdan çox mənim barəmdə danışılır. Belə çıxır ki, şounun qalibi Talıb yox, elə mən olmuşam. Mən oyundan sonra onun üzünü cəmi bircə dəfə görmüşəm. Mənə heç kim tərəfindən tapşırıq verilməyib. Nə Yaşar, nə də mən borca düşməmişik. Ülviyyə deyir ki, 9 minin üstünə 9 min qoyub maşın alar. Mənim maşınımın qiyməti 45 min manatdır, 18 min deyil. Ondan əvvəl də sürdüyüm maşının qiyməti 30 min olub. Bir də ki, mənim pulumu saymaq Ülviyyənin işi deyil. Əlində fakt varsa, ortaya çıxartsın. Özündən söz uydurub danışmasın. Elşad Xoseni özüm çıxartmışam. Belə ürəyim kimi istəyib, onu da oyundan kənarlaşdırmışam”.

Qeyd edək ki, jurnalist Ülviyyə Alovlu Yenicag.az saytına Vüsalə Kərimova ilə bağlı bunları deyib:

“O, Murad Dadaşovdan Elşad Xoseni “vurmaq” üçün sifariş alıb. Vüsalə həm ona qarşı çıxan Talıba, həm də “sifariş olunmuş” Xoseyə qalib gəlmək üçün xeyli pul xərcləməli olub. Bildiyimə görə, “Maşın şou”da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Axırda nə oldu ki? Onsuz da oyundan atdılar da. O 9 minin üstünə 9-un da qoyub, özümə yeni maşın alaram da…”

Cəvahir

www.yenicag.az

2627
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM