!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Borell Ukraynanın Polşa ilə sərhədini açmağa çağırıb

!Reklam – Yazi

Ukraynanın Avropa İttifaqı ilə sərhədləri azad tranzit üçün açılmalıdır.

Yenicag.az  xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borell deyib.

“Sərhədlər açılmalıdır, çünki hərbi və mülki baxımdan Ukrayna ilə Avropa İttifaqı arasında sərbəst tranzitə ehtiyacımız var”, – o, Brüsseldəki mətbuat konfransında deyib.

Borrel hesab edir ki, Polşa fermerləri və daşıyıcıları tərəfindən sərhədlərin bağlanmasına səbəb olan problemlər başqa yolla həll edilməlidir.

Polşa fermerləri Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya rüsumsuz ixracına etirazı davam etdirirlər. Martın 20-də onlar Varşava, Vroslav, Poznan və Bıdqoş da daxil olmaqla böyük şəhərlərin girişlərini bağlayıblar. Ümumilikdə, Polşanın hər yerində 70 min insanın 580 yerdə etiraz keçirdiyini elan ediblər.

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv