Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Boris Conson 6-cı dəfə ata oldu

Böyük Britaniyanın Baş Naziri Boris Conson növbəti dəfə ata olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Boris Conson və nişanlısı Kerri Simondsun övladları dünyaya gəlib. Məlumata görə, cütlüyun oğlu olub.

Qeyd edək ki, B. Conson və K. Simonds ötən ilin sonunda nişanlanıblar. B. Conson “10 Downing Street”də nikahsız yaşayan ilk Baş Nazirdir.

Xatırladaq ki, B. Conson ilk dəfə 1987-ci ildə 23 yaşında olarkən Oxford Universitetində tanış olduğu Allegra Ovenlə evlənib. Cütlük 1993-cü ildə B. Consonun Marina Wheelerlə münasibətinin ortaya çıxmasından sonra boşanıb. Boşandıqdan 12 gün sonra isə B. Conson M. Wheelerlə ailə həyatı qurub. Onlar 2018-ci ildə ayrılıblar. Cütlüyün Lara (26 yaş), Milo (24 yaş), Cassia (22 yaş) və Theodore (20 yaş) adlı övladları var.

Britaniya Baş Nazirinin nigahdan kənar 11 yaşlı Stefani adlı başqa bir qızı da var.

Loading...

www.yenicag.az

608
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100