!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boris Conson əməliyyat olundu

!Reklam – Yazi

Böyük Britaniyanın Baş naziri Boris Conson iyunun 20-də burun nahiyəsindən cərrahiyyə əməliyyatı olunub.

Yenicag.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, Baş nazir əməliyyatdan sonra istirahət edir.

Vurğulanıb ki, B.Concon səhər saat 6-dan evdən əvvəlcədən planlaşdırılan əməliyyata gedib və saat 10-da qayıdıb.

Məlumata görə, Böyük Britaniyanın hökumət başçısı burunətrafı ciblərin iltihabından, sinusitdən cərrahiyyə əməliyyat olunub.

Qeyd olunub ki, B.Conson birinci dəfə 2020-ci ildə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Onun mətbuat katibi indiki əməliyyatın COVID-19-la heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Hazırda Boris Consonu müavini və ədliyyə naziri Dominik Raab qismən əvəzləyir.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv