!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Borrellin Laçın SBM-lə bağlı AÇIQLAMASI: "Eyni aqibət Avropa İttifaqını da gözləyə bilər" - MÖVQE

!Reklam – Yazi

“C.Borrellin bu cür çıxışları Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir edəcək”.

Bu sözləri Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Laçın SBM-i ilə bağlı verdiyi açıqlamanı dəyərləndirən siyasi ekspert Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında bildirib.


O qeyd edir ki, səsləndirilən bəyanatlar Azərbaycanı günahlandırmaq, fakt qarşısında qoymaq mahiyyəti daşıyır:

“Əslində bu proseslərlə bağlı Avropa İttifaqının açıqladığı bəyanatlar, həmçinin İttifaqın Ermənistana göndərmiş olduğu müşahidə missiyasının da Laçın yoluna yanaşması ondan xəbər verir ki, bu, artıq ermənipərəst mövqenin sərgilənməsi deməkdir.

Cozep Borrell Avropa İttifaqının nümayəndəsi olmasına baxmayaraq onun da sırf bu cür bəyanatları, eləcə də öncədən qeyd etdiyim Müşahidə missiyasının hərəkətləri ilə sanki Azərbaycanı bir növ oyuna gətirmək istəyirlər.

Nəzərə almalıyıq ki, Azərbaycan sürpriz addım atmayıb. Əvvəlcədən bəyan edib ki, Laçında buraxılış məntəqəsi qurulub və onun təhlükəsizliyi təmin edilir. Burada heç bir blokadadan söhbət gedə bilməz.

Səsləndirilən bəyanatlar Azərbaycanı günahlandırmaq, fakt qarşısında qoymaq mahiyyəti daşıyır. Artıq dünyaya təqdim olunan xəbərlərdə Azərbaycanın Qarabağı blokadaya alması, humanitar böhran yaradılması kimi ittihamlar əks olunur.

Hazırkı situasiya da elə şəkildə təqdim olunur ki, guya Ermənistan Qarabağdakı erməni əhalisi üçün humanitar yardım aparmaq istəyir, lakin Azərbaycan blokadanı aradan qaldırmadığı üçün vəziyyət gərginləşir.

Borrellin bu cür çıxışları Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir edəcək. Bilirik ki, Avropa Parlamentində ermənipərəst deputatlar çoxluq təşkil edir. Buna görə də parlamentarilərin bu cür açıqlamaları bizim üçün yad mənzərə deyil.

Bir çox platformalarla müqayisədə Brüssel danışıqları ölkəmiz üçün məhsuldar hesab edilir və heç zaman rəsmi Bakı bu platformadan imtina etməyib. Lakin düşünürəm ki, ittifaq rəsmisinin bu cür açıqlaması artıq gələcəkdə Brüsselin vasitəçilyi ilə aparılan sülh danışıqlarına ciddi şəkildə kölgə sala bilər. Necə ki vaxtilə Praqa görüşündə bənzər yanaşmanı E.Makron sərgilədi və ardınca Fransa danışıqlar prosesində vasitəçi rolundan məhrum oldu.

Hesab edirəm ki, eyni aqibət Avropa İttifaqını da gözləyə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv