!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BOS-nin fasadı söndürüləcək

!Reklam – Yazi

Bu gün saat 20:30-dan 21:30-dək Bakı Olimpiya Stadionunun (BOS) fasadı söndürüləcək.

BOS-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu addım “Yer Saatı” hərəkatına dəstək məqsədilə atılacaq.

Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.

Elektrik enerjisinin istehsalı nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. “Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməklə cəmiyyətdə enerjiyə qənaətin təşviq edilməsidir.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv