!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boş tribunalar önündə OYNAMAQ İŞGƏNCƏSİ: “Komandaların çoxunun Bakını təmsil etməsi və...”

!Reklam – Yazi

“Bizim azarkeşlərimiz öz komandamızın oyununu izləməyə yox, rəqib komandanın məşhur futbolçularını yaxından görmək üçün stadiona gəlir”.

Bu fikirləri futbol üzrə yerli çempionata azarkeş marağıının azlığını şərtləndirən səbəblər haqda danışan veteran futbolçu Ceyhun Sultanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun müddətdir, bu istiqamətdə müəyyən addımlar atılsa da, vəziyyət dəyişmir:

“Yerli çempionat oyunlarında azarkeş azlığı ağrılı nəticədir. İllərdir bu istiqamətdə müəyyən addımlar atılsa da, hələ ki nəticə yoxdur. Fikrimcə, qarşıdakı illərdə, ümumiyyətlə, bu problem daha da dərinləşəcək.

Biz yanlız avrokuboklarda stadionlarımızın dolduğunun şahidi oluruq. Bəzən bizim azarkeşlərimiz öz komandamızın oyununu izləməyə yox, daha çox nüfuzu bir qədər yüksək olan rəqib komandanın futbolçularını yaxından görmək üçün stadiona gəlir. Lakin əvvəlki illərdə biz stadionların azarkeşlə necə dolu olduğunu görə bilirdik. İndi isə yerli cempionata maraq xeyli azalıb”.

Bu barədə Yenicag.az-a danışan futbol şərhçisi jurnalist Tural Məmmədlinin sözlərinə görə, futbol matçlarında azarkeş azlığının əsas səbəbi yerli klubların əksəriyyətinin Bakını təmsil etməsidir:

 

“Azərbaycan çempionatında azərkeş azlığının əsas səbəbi çempionatda iştirak edən komandaların əksəriyyətinin paytaxt Bakını təmsil etmələridir. Azərbaycan dərin ənənələrə sahib futbol ölkəsi olmadığından, paytaxt klublarının ayrı-ayrı azarkeş ordusunun olması da mümkün deyil. Ona görə də, regionlarda futbolun inkişafına diqqət daha da artırılmalıdır.

Biz əvvəlki illərdə Tovuz, Lənkəran, Gəncə azərkeşlərinin futbola maraq səviyyəsinin şahidi olmuşuq. Yerli çempionatda göz önündə olan nəticələr azərkeşlərin yerli klublara marağını xeyli azaldır. Azarkeşlik özlüyündə ciddi bir ənənə olsa da, o dəyər bizdə hələ formalaşmayıb”.

İsmayıl Bakuvi

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv