!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşanma zamanı «kupçasız» evlər də bölünəcək – AZƏRBAYCANDA YENİ QƏRAR

!Reklam – Yazi

Azərbaycanda boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib.

Yenicag.az xəbər verir ki, Ali  Məhkəmə Plenumunun martın 12-də keçirilən iclasında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər müzakirə edilib və dəqiqləşdirmələr aparılıb.

Sonda bu müzakirələr «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı qəbul edilib.

Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız və özbaşına tikililər barədədir. Yeni qərara əsasən bu əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək.

Məsələn, tərəflər (yəni ər və arvad) nigah dövründə özbaşına tikili inşa ediblər, yeni qaydaya əsasən boşanma zamanı ilk növbədə nəzərə alınacaq ki, onların hər ikisi burada yaşaya bilərmi – əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya bilərlər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə həmin evin tərəflər arasında bölünməsi baş verəcək. Daha dəqiqi, burada yaşaması mümkün olmayan şəxs tikiliyə birgə nigah dövründə çəkilmiş vəsaitin ona düən payına uyğun olaraq yarısını tikilinin qaldığı şəxsdən geri istəyə bilər.

Yəni, məsələn, ər bu tikilini tərk edirsə, həmin tikilinin inşasına sərf edilmiş vəsaitin yarısını arvaddan tələb edə bilər və ya əksinə.

Ali Məhkəmədən bildirilib ki, bu qayda, hətta həmin əmlak daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmadıqda belə tətbiq ediləcək. Üstəlik, həmin qərar – yəni özbaşına tikilinin ər və arvad arasında bölünməsi barədə qərar – bu tikilinin qanuni sayılması demək deyil: «Bu məhkəmə qərarı heç bir halda həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qediyyata alınmasına əsas verən bir qərar sayılmayacaq. Sadəcə olaraq bu məsələ, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisəli məsələləri həll edən məsələ olacaq. Çünki bu gün ölkədə 100 minlərlə özbaşına tikili var, bunların inşası üçün xərclər çəkilir, bunlarda insanlar yaşayır və boşanır. Yəni məhkəmənin bu qədər geniş yayılmış bir fakta qiymət verməməsi reallığa və həyat təcrübəsinə uyğun olmaz və ədalətli olmaz»-deyə Ali Məhkəmədən bildirilib.

Qeyd edək ki, Ali  Məhkəmə Plenumunun qəbul etdiyi «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı ölkədə vahid məhkəmə təcrübəsinin tətbiqi məqsədi daşıyır. Yəni boşanma və əmlakın bölünməsi ilə bağlı məhkəmə işlərində vahid yanaşma olaraq bu qərardakı yanaşma nəzərə alınacaq.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv