!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Boşanmalar adət halını alıb, bu da..." - Ekspertdən HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Cəmiyyətdəki bütün problemlər məni narahat edir. Amma ən çox məni düşündürən məsələ narkomaniyadır”.

Bu sözləri Yenicag.az-a “sizi ən çox narahat edən cəmiyyət problemi hansıdır” sualını cavablandırarkən sosioloq Sahib Altay deyib.

O bildirib ki, narkomaniya təsəvvür olunmaz dərəcədə artıb:

“Hətta paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri yaranıb. İndi yeni bir sloqan ortaya çıxıb: Uşaqlar bizim gələcəyimizdir. Tədqiqatlar da onu göstərir ki, son 5 ildə uşaqların narkotikə meyli artıb. Uşaq nə bilir narkotia nədir? Sadəcə olaraq, bunu məqsədli şəkildə yayırlar. Bununla bağlı dövlət sosial layihəələr təşkil etməlidir. Maarifləndirmə işləri aparılmalıdır”.

Həmçinin S. Altay qeyd edib ki, onu narahat edən digər bir məsələ də ailə-məişət problemləridir:

“Boşanmaların sayı sürətlə artıb. Bəli, biz müasir düşüncənin təbliğatçısı olaraq həmişə deyirik ki, 2 nəfər birlikdə bədbəxt olmaqdansa, ayrılıb xoşbəxt olsunlar. Bir-biri ilə uzlaşmayan valideynlərin yanında uşaqlar da bədbəxt olur. Ancaq son tendensiyalar onu göstərir ki, boşanma artıq ənənəyə çevrilib. Mövcud ailə modeli bütün dəyərləri ilə birlikdə dağılmaq üzrədir. Hal-hazırda ayrı-ayrı valideynlərin xoşbəxtliyi fonunda övladlar travma alır. Bu da insanların bir-birinə dəyər verməməsindən irəli gəlir”.

Eksperti narahat edən başqa bir məsələ isə təhsillə bağlıdır:

“Sovet istilasından xilas olduqdan sonra heç bir yeni təhsil konsepsiyası yoxdur. Bizdə təhsil düşüncəyə çevrilə bilmir. Əzbərçi rejimdən qurtula bilmirik. Demək olar ki, bütün problemlərin kökündə təhsil durur”.

Şahanə Paşa

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv