!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşanmalarda yaranan hüquqi MÜBAHİSƏLƏR: “Nikahın pozulmasına səbəb olan qadın xəyanətləri...”

!Reklam – Yazi

“Əvvəlki illərdə kişi xəyanətləri çoxluq təşkil edirdisə, bu gün qadın xəyanətlərini sayı kifayət qədər çoxalıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında artan boşanma sayları və bu zaman tərəflər arasında yaranan hüquqi mübahisələr haqda danışan hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, nikahın pozulması zamanı tərəflər arasında qadın xəyanəti çox zaman gizlədilir:
“Bu gün Azərbaycanda boşanmaların sayı nikahların, demək olar, yarısını təşkil edir. Bu, həqiqətən də ürəkaçan mənzərə deyil. Qeyd edim ki, nikahın pozulması zamanı cütlüklər tərəfindən daha çox sosial uyumsuzluq, ailələrin maddi rifahının uyğun olmaması kimi amillər misal gətirilir. Lakin biz mövcud praktika həm də, tərəflərdən hər hansı birinin pis vərdişlərə sahib olması, xüsusilə alkoqol və narkotikdən asılı olması da səbələr sırasında olmasının şahidi ola bilərik”.

Boşanmalarla bağlı digər səbəblərdən danışan hüquqşünas bu səbəblərdən birinin də xəyanət olduğunu deyib.

“Praktika göstərir ki, kişilərlə yanaşı, qadın xəyanətlərinin sayında da artım var. Əgər əvvəlki illərdə kişi xəyanətləri çoxluq təşkil edirdisə, bu gün qadın xəyanətləri də kifayət qədər çoxalıb. Lakin biz bu göstəriciləri Dövlət Statistika Komitəsinin hesabatlarında görə bilmərik.

Çünki tərəflər arasında nikahın pozulması zamanı qadın xəyanəti çox zaman gizlədilir. Tərəflər bu zaman əsasən xasiyyətlərinin uyğun gəlməməsini qeyd etməklə kifayətlənirlər. Lakin vəkillər və hüquqşünaslar icraatlarında olan işlər zamanı tərəflər arasında xəyanət hallarının baş verməsini və bu səbəbdən də boşanan valideynlərin bir-birini valideynlik hüququndan məhrum etmə ilə əlaqədar iddialarının olduğunu da açıq şəkildə bəyan edirlər”, – deyə o bildirib.
R.Süleymanov qeyd edib ki, tərəflər arasında boşanmalar zamanı mübahisələrə ən çox səbəb olan məsələ nikah yaxud nikahdan öncə əldə olunmuş əmlaklarla bağlıdır:

“Bu daha çox evlilik dövründə tikilən və çıxarışı olmayan mülklər hesab oluna bilər. Bəzən övladın hansı valideynin yanında qalmasını yaxud görüşünü, alimentin az olması ilə bağlı məslələrdə də mübahisələr yarana bilir. Lakin bu məslələrlə bağlı tərəflər arasında razılaşmalar mümkündür. Qeyd edim ki, tərəflər məhkəməyə getmədən mediasiya sessiyalarında da həyata keçirə bilərlər”.

İsmayıl Bakuvi

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv