!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşanmalardan əziyyət çəkən UŞAQLAR: “Özgüvən problemi, dəyər, hörmət hissi...” - PSİXOLOQ

!Reklam – Yazi

“Ailədə psixoloji travma almış uşağın, yeniyetmənin özgüvəni aşağı olur və onlarda qadına dəyər, hörmət hissi daha az formalaşır”.

Bu sözləri son vaxtlar Azərbaycanda sürətlə artan boşanmalar və onun uşaqlara mümkün təsirləri məsələsini şərh edərkən psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib.


O, bütün dünyada boşanmaların sayının sürətlə artdığını və bu sayın artmasında kişilər qədər qadınların da günahının olduğunu bildirib:

“Boşanmalar təkcə Azərbaycanda deyil, dünyada da sürətlə artır. Amma bizdə problemlər daha qabarıqdır. Ölkəmizdə qeydə alınan boşanmalar daha çox xəyanət səbəbi ilə baş verir. Təbii ki, digər səbəblər də var. Məsələn, qayınana ilə gəlinin mübahisələri, tərəflərdən hər hansı birinin zərərli vərdişlərə aludə olması, xarakterin uyğunsuzluğu və s. Təəssüflər olsun ki, bu gün bəzi qadınlar azadlıqla özbaşınalığı qarışdırırlar. Hər istədiyini etmək özbaşınalıqdır. Buna azadlıq donu geyindirmək olmaz.

Boşanmaların sayının çoxalmasında kişilərin günahı olduğu qədər qadınların da var. Qadınlar serialları izləyirlər və oradakı obrazların həyatı ilə özlərininkini müqayisə edirlər. Beyin müqayisə etdisə, özgüvən aşağı düşəcək və düşünəcək ki, mən bu insandan ayrılım və həyatıma elə bir insan salım ki, serialdakı həyatı mənə yaşatsın. Bu da yekunda boşanma ilə nəticələnir.

Bəzən ata və analar boşanmalara səbəb olur. Məsələn, bizə müraciət edən pasiyentlərimizdən niyə boşanmaq istədiyini soruşduqda həyat yoldaşını sevmədiyi cavabını verir. Evlənməmə səbəbini soruşduqda isə deyir ki, anamın dediyi qız idi. “Anamın dediyi qız” məsələləri bitməlidir. Sevilərək ailə həyatı qurulmalıdır.

Təbii ki, boşanmalarda ən çox əziyyət çəkən məhz uşaqlar olur. Çünki uşaqlar adətən analarının himayəsində böyüyür və onlar atasızlığı qəbullana bilmir. Böyük davalar, mübahisələr zəminində boşanan ailələrdə uşaqlar daha çox travma alırlar.

Məsələn, yeniyetmə pasiyentimiz heç vaxt evlənməyəcəyini bildirəndə biz baxırıq ki, o, uşaq vaxtı psixoloji travma alıb. Atasının anasını döyüb, təhqir etməsinə görə yeniyetmə düşünür ki, bütün kişilər belədir. Bu da ailədə psixoloji travma almış uşağın, yeniyetmənin özgüvənini aşağı salır və onlarda qadına dəyər, hörmət hissi daha az formalaşır. Hətta onlar gələcəkdə ailə həyatı qurmaq da istəmirlər”.

Sadiq Cavadov

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv