!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı, sonra bərpa edildi - SƏBƏB

!Reklam – Yazi

İstanbul boğazında gəmilərin hərəkəti bərpa edilib.

Yenicag.azxəbər verir ki, bu barədə İstanbul sahil mühafizəsi məlumat verib.

Mühərrikində problem yaranan yük gəmisinin bölgəyə göndərilən xilasetmə gəmilərilə kənara çəkildiyi qeyd edilib.

***

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Sahil Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.

Məlumata görə, Bosfor boğazında Panama bayrağı altında İstanbulun Tuzla bölgəsindən Rusiyaya doğru hərəkət edən “VIVA ECLIPSE“ adlı 190 metrlik quru yük gəmisinin mühərrikində nasazlıq olub.

Hadisə şəhərin Üsküdar sahillərinə yaxın bölgədə meydana gəlib. Gəminin göyərtəsində yük olmadığı bildirilir.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv