!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Boynu xaçlı azərbaycanlıya salam verərsən? Xeyr!” – Əlixan Musayevdən anti-multikultural VİDEO

!Reklam – Yazi

“Əgər bir azərbaycanlını boynunda xaçla ölmüş görsən, ona cənazə namazı qılarsanmı”?

Azərbaycanda radikal dindarlardan olan Əlixan Musayev yenidən meydana çıxıb. İŞİD və Əl-Qaidənin Azərbaycandakı gizli təbliğatçılarından olan Ə.Musayev uzun müddət idi ki, səssiz idi. Ancaq onun gizli şəkildə rayonları gəzərək, “dini söhbət”lərə davam etdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, belə görüşlərdən biri Balakəndə baş verib. Balakəndə tərəfdarları ilə keçirdiyi görüşdə İslamda şirk anlayışını “izah” etməyə çalışıb: “Zahirən gördün ki, o adam şirk edir, vəssalam, müşrikdir”.

“…Sənin boynuna düşən vəzifə budur ki… Əgər bir azərbaycanlını boynunda xaçla ölmüş görsən, ona cənazə namazı qılarsanmı? Yox. Niyə? Boynunda xaç var da… Zahirinə hökm verirsən. Adam azərbaycanlıdır, kilsədən çıxıb öldü, cənazə qlarsanmı?

Kilsədən çıxdı, yaxınlaşıb ona salam verərsənmi? Fikirləşərsən ki, bu, xristiandır. Halbuki azərbaycanlıdır, kilsəyə elə-belə baxmaq üçün gedib.

Bəlkə də namaz qılandır, kilsəyə gedib ki, görsün içərisi necədir…

Amma sən zahirinə hökm verirsən. Eləcə də şirk edən adam… Sən necə onun cənazəsini qılarsan, qız alıb-verərsən? Axı şirk edib. Yaxud hansı haqla onun axirətinə hökm verə bilərsən?”

Göründüyü kimi, multikulturist dəyərlərin təbliğ olunduğu ölkəmizdə hələ də insanların xaçına, saçına, örtüsünə görə, qiymət verib, qonşunun qonşuya salam verməməsi üçün nifaq salanlar var.

Maraqlıdır ki, Ə.Musayev bu barədə fikirlərini davamlı şəkildə bildirir, görüşlərini davam etdirir. Öncədən sabiq MTN şefi Eldar Mahmudovun  onu “krışa”sı altına aldığı üçün “toxunulmaz” olduğu bildirilirdi, ancaq Mahmudov getsə də, Musayev “toxunulmaz” olaraq, radikal fikirlərini yaymaqda davam edir.

www.yenicag.az

3657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv