!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyrək transplantasiyasında daha bir əməliyyat: Donuz böyrəyi köçürüldü - FOTO

!Reklam – Yazi

ABŞ-ın Boston şəhərində bir donuzdan geni dəyişdirilmiş böyrək transplantasiyası əməliyyatı edilən 62 yaşlı Rik Slayman evə buraxılıb.

Yenicag.az xəbər verir ki, dörd saat davam etdiyi deyilən əməliyyatla müalicə olunan Rik Slayman iki həftə xəstəxanada qaldıqdan sonra tibb müəssisəsindən buraxılıb.

“Massachusetts General Hospital”ın yaydığı açıqlamada 16 martda edilən əməliyyatın “xəstələrə daha asan orqan tədarükü təmin etmək axtarışında əhəmiyyətli bir dönüş nöqtəsi olduğu” qeyd edilib.

Slaymana köçürülən böyrək, insanlar üçün zərərli genləri çıxarmaq və uyğunluğu artırmaq üçün müəyyən insan genlərini daxil etmək üçün genetik cəhətdən dəyişdirilmiş bir donuzdan olub.

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv