!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük Britaniya təhlükə altında: Ukraynadan gətirilən silahlar...

!Reklam – Yazi

Britaniya Ukraynadan qeydiyyata alınmamış silahlar gətirildiyinə görə təhlükə altındadır.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə odlu silahlar üzrə ekspert Pol Ceyms məlumat verib.

O, Ukraynadan qeydiyyata alınmamış silahların Böyük Britaniyaya gətirilib yayılması ilə şəhərin təhlükə altında olduğunu bildirib.

Ceymsin sözlərinə görə, əvvəllər qeyri-qanuni silahların əsas mənbəyi Balkan ölkələri olub:

“Ukraynadan Böyük Britaniyaya böyük silah axını diqqətdən kənar qalacaq məsələ deyil. Ukraynadan gələn təhlükə, oraya göndərilən və qeydiyyata alınmayan silahların sayına görə əhəmiyyətli dərəcədə dəyişir. Mən bunu real təhlükə hesab edirəm. Ukraynadan gətirilən qeydiyyatsız silahlar ölkədə mütəşəkkil cinayətkarlığın yayılmasını daha da artıracaq”.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv