!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük Britaniyada SEÇKİQABAĞI BÖHRAN: Banklar xəbərdarlıq edir

!Reklam – Yazi

Böyük Britaniya hökuməti növbəti seçkilərin yaxınlaşdığı dönəmdə ciddi risklərlə üz-üzə qalıb.

Yenicag.az “The Telegraph”a istinadən xəbər verir ki, Böyük Britaniya siyasətçiləri 2024-cü il üçün aparılan qiymətləndirmə çərçivəsində ölkədə iqtisadi artım proqnozlarının sıfır həddində olduğunu bəyan ediblər.

Rişi Sunak hökuməti gərgin seçki mübarizəsinə hazırlaşdığı bir dönəmdə ölkənin nüfuzlu “Bank of England” bankı gələn ilə yönəlik tənəzzül riski ilə bağlı xəbərdarlıq edib.

Bədbin ehtimalları doğuran əsas səbəb ölkənin Pul Siyasəti Komitəsinin ardıcıl keçirilən ikinci iclasında faiz dərəcələrini 5,25 faiz səviyyəsində saxlaması olub.

Böyük Britaniya Mərkəzi Bankının proqnozuna əsasən, gələn il iqtisadi artım gözlənilmədiyinə görə qarşıdakı yarım il ərzində tənəzzül riski 50 faiz təşkil edəcək.

Eyni zamanda, “Bank of England” bankının sədri Endryu Beyli də Yaxın Şərqdə yaşanan gərginliyin qlobal və yerli iqtisadiyyata neqativ təsirlərinin ciddi narahatlıq yaratdığını bildirib.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv