Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Böyük cəbhənin nəfərləri – Əbülfəz Şeydabəyov yazır

Bu gün..,

Millət olaraq tarixi imtahan verməkdəyik. Vətənimizin divarlarındakı təqvim mənfur daşnaq mərmisindən sonra 27 sentyabrdan asılıb…

Dünən..,

Bakı şəhəri, 26 iyun 2018-ci il, Azərbaycan Silahlı Qüvvələrinin təmtərahlı hərbi keçidi. Babasının əlindən tutan uşağın sualı. Baba bəs Qarabağda müharibə olanda bu tanklar niyə ora getmədi? … Gedəcəklər bala, mütləq gedəcəklər. Ayaqyalın çıxdığımız Yurdumuza bir gün mütləq bax bu tankların üstündə qayıdacayıq.

İllər keçdi…heç bir siyasət tanrısı Ermənistanın hınçaq zehniyyətini yola gətirə bilmədi. Rəsmi Bakı bütün masalarda mərdanə sülh dedi, barış dedi, qonşuluq əhdi dedi. Hər toplantı sonrası daha da azğınlaşan haylar Şuşada halay çəkib – boğuk səsli “böyük haydutistan” marşları oxudu. Kifayətlənmədilər bununla, hər fürsətdə qana boyadılar danışıqları…Danışıq xatirinə oyalamaları.

Dünyada nə beynəlxalq kürsü qalmadı? nə də elə zal olmadı ki, orada bəs Azərbaycanın haqqı deməyək?! İllər ömrümüzü qovaladı. Hamı dedi bilirik- Qarabağ Azərbaycanındır sözlər, qətnamələrə, onlar da alqışlara söykəndi..,nəticə? Sorosun sadiq tulası adolf Paşinyan dedi: “sArsax” da mənimdir belə Xəzərə kimi də gələrəm. Üstünə sərxoş cəsarəti ilə sülh təqvimini də gülləbaran etdi.

Cəbhə xətti

Harda başlayıb, harada bitir səngərimiz?
Cəbhə xətti bu gün Zəngilan, Füzuli, Murov dağdan başlayıb – dünyanın harasında özünü mən də Azərbaycanlıyam deyən varsa bax onlara kimi uzanıb. Azərbaycanın tarixi yurdu Qarabağla birləşməsi həm Milli Ordumuzun süngüsündə həm də hamılıqla olduğumuz yerdə- bu amal naminə mübarizə aparmasından keçir. Bəli, Gün məhz Birlik Günüdür! Bu gün Azərbaycan ordusu bir əlində silah Vətəni müdafiə edirsə, digər milli nəfərlərin dünya xalqlarına yazdığı bir məktub da elə düşmənə atılan mərmiyə bərabərdir. Anlamalıyıq ki, bir tutarlı şərh belə bizi Qarabağa qaytarmaqdadır. Artıq hamımız anlamışıq ki, dünyadakı ən yaxın cənnət elə Azərbaycandır! Əfrasiyab Tur soylu millətimizin- dünyada zəhərli kök salmış daşnaq zehniyyətini həm cəng meydanında həm, düzgün təbliğat davasında rüsvay etməsi, düşməni dərin məğlubiyyət zülmətinə qərq edib. Biz tarixi adımıza qayıdırıq – Millət-i qalibə.

Öncəki nəsillərə mütəşəkkirlik,

Həmişə xoşrəftar olun, bütün xalqları sevin fəlsəfəmizin sirri…

Müxtəlif zərurətdən və doğma torpqalarında üzləşdikləri əziyyətlərdən fərqli dövrlərdə Azərbaycana pənah gətirmiş qardaş xalqlar diyarıdır bu torpaq. Qarabağda düşməni sülhə məcburetmə/qurtuluş əməliyyatları başlayan gündən bir zamanlar Bakıya pənah gətirmiş qardaş çeçen, ahıska türkləri dostlarımız bizə zənglər edərək Haqq davamızın nəfərləri, milli cərgəmizin sıralarında olduqlarını bildirməkdədilər. Biz Azərbaycana pənah gətirəndə uşaq çağlarında idik, illər keçdi indi bizlərdən fərqli olaraq özladlarımızın şad, xoşbəxt, şən üzlərini görəndə anlayırıq ki, Azərbaycan xalqına borcluyuq, hətta biz də Azərbaycanlıyıq! Biz də Qarabağlıyıq! …Bəli əfəndilər, bir zamanlar çətin günlərdə atalarımız onlara əl tutub, bax həmin xeyirxahlıq indi çiçək açıb dost bağçasında. Hələ dünya yəhudilərini demirəm. Sasani dövrü, Xəzər Xaqanlığımız, Orta əsrlər, aşkenaz qolu olanlar 1812-ci illərdəki Napaleon davalarından, II Dünya müharibəsi (1945) sonrası bu gülüstan diyara pənah gətiriblər.

Bizimlə yoğrulublar. Hər birisi bu gün Qarabağ Azərbaycandır! şüarı ilə cahana səs salıblar. Bir zamanlar babalarımızın suvab əməlləri indi Qarabağ zülmətinin bağrını günəş kimi yarmaqdadır. Saymaqla bitməz keçmiş nəsillərin bu günkü qələbə üçün etdikləri. Unutmadıq! Ruhları şad olsun!

Çatmışıq,

Müzəffər ordumuz hər saat irəliləyir. Yer düşmənin ayağının altından gedir. Qarabağın hər qayası belə erməni işğalçıları buradadır deyə Azərbaycan əsgərini səsləyir. Hətta mövsüm də 27 sentyabrda dayanıb. Qarabağ havasıdır. Xanın səsi qalıb o dağlarda, cıdır düzündə Azərbaycan bayraqlı hərbi keçidin bayram səsi yayılıb aləmə. Bunu dünyaya uzanmış bütün səngərlərimizdən eşidirik.

Ali baş komandanın əsgərləriyik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə yazsaq – status kvo deyilən məsələ yoxdur, qurtardı getdi, təmas xətti…yoxdur təmas xətti, yarmışıq bu təmas xəttini, Azərbaycan Əsgərinin qarşısında heç bir güc heçnə edə bilməz. Biz bu gün o, təmas xəttini darmadağın etmişik. Biz torpaqlarımızı geri alacayıq.Hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur. Biz iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün Qələbə çalırıq. Qarabağ Azərbaycandır!

Əbülfəz Şeydabəyov

www.yenicag.az

421