!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Böyük Dəbilqə: Azərbaycanın 13 cüdoçusundan yalnız biri medal qazana bildi

!Reklam – Yazi

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqə turnirində çıxışlarını başa vurublar.

Yenicag.az xəbər verir ki, yarışın son günündə beş idmançımız tatamiyə çıxıb.

Onlardan ikisi medal görüşünə çıxıb. 100 kq-dakı Zelim Kotsoyev üçüncülük qarşılaşmasında rusiyalı Arman Adamyana uduzub.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri isə bürünc medal uğrunda görüşdə yerli cüdoçu Tsetsentsengel Odxuuya məğlub olub.
Azərbaycan cüdoçuları Böyük Dəbilqəni bir medalla başa vurublar. Yalnız 66 kq çəki dərəcəsində yarışan Yaşar Nəcəfov bürünc medal qazanıb.

Qeyd edək ki, Böyük Dəbilqədə dünyanın 45 ölkəsindən 349 idmançı qüvvəsini sınayıb. Azərbaycanı 8 çəki dərəcəsində 13 idmançı təmsil edib.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv