!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Böyük dəbilqə”: Cüdoçularımız turnirin 2-ci gününü də medalsız başa vurdular

!Reklam – Yazi

Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə də cüdoçularımız medalsız qalıblar.

Yenicag.az xəbər verir ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, növbəti görüşdə İdo Levinə (İsrail) məğlub olub. Həmin çəki dərəcəsində komandamızın digər üzvü Telman Vəliyev təsnifat mərhələsində Coşua Qrini (İrlandiya) məğlub etsə də, Turpal Cukayevə (Finlandiya) uduzub. Elcan Hacıyev (81 kq) yarışa Jim Heyjman (Hollandiya) üzərində qələbə ilə start verib. Amma ikinci görüşdə fransalı Nikolya Şilara məğlub olub. Həmin çəkidə yarışan komandamızın digər üzvü də eyni aqibəti yaşayıb. Mübarizəyə təsnifatdan başlayan Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılsa da, sonrakı mərhələdə Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.

Qadınların yarışında isə Günel Həsənli (70 kq) 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevanın (Bolqarıstan) öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, komandamızın aktivində hələlik, medal yoxdur. Ümumi mükafat fondu 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.

Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv