!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Böyük Ermənistan" XÜLYASI: "Paşinyan da istəyər sülh olsun və..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Hərb yolu ilə yox, Ermənistana digər vasitələrlə təsir göstərmək lazımdır. Bunun ən əsası isə Rusiyanın əlində olan riçaklardır”.

Bunu Ermənistandakı revaşist qüvvələrin davranışları və bölgədə yenidən hərbi gərginliyin olma ehtimalını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Paşinyan da istəyər sülh olsun və ölkəsi inkişaf etsin:

“Məsələ ondadır ki, Ermənistanda revaşist qüvvələr çoxdur. Onlar özündən razı, “böyük Ermənistan” xülyasındadır. O qüvvələri xaricdən dəstəkləyən erməni diasporu, Avropa, İran və Fransadır. O qüvvələr istəyər ki, əməkdaşlıq baş tutmasın. Bir tərəf qorxur ki, Türk qurşağı yaranacaq. Avropa qorxur ki, Çinin, Rusiyanın, Türkiyənin iqtisadiyyatı inkişaf edəcək. Qərbin bəzi dairələrinin təklif etdiyi İranın Bəndər-Abbas limanından, Ermənistan və Gürcüstandan keçərək Avropaya gedəcək yol daha bahadır. Avropa və ABŞ Ukrayna və Şərqi Avropada Rusiyanı dalana dirəyib, ancaq Zəngəzurdan açılacaq dəhliz Rusiya üçün yeni nəfəslik olacaq. Buna görə də, Avropa hər vəchlə dəhlizin açılmasına qarşı çıxır. Hazırda bölgədə sivilizasiyaların, böyük güclərin davası gedir. Paşinyan və Ermənistan burada alətdir. İranın da öz maraqları var. İran da altdan-altdan işini görməkdə davam edir.

Paşinyanla İlham Əliyev öncə Bürüsseldə görüşəcəkdi, ancaq Rusiya söz sahibi olduğunu göstərmək üçün Soçidə görüş təşkil etdi. Bundan əvvəl Paşinyan və komandası Rusiyada görüşdən imtina etmişdi. Avropa Birliyi bu görüşü öz üzərinə götürmüşdü. Ancaq Rusiya yenə istəyinə nail oldu. Mənə belə gəlir ki, Putin Paşinyana çox məsələləri izah edəcək. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması asanlıqla başa gəlməyəcək. Çünki çox böyük güclər bunun əngəllənməsində maraqlıdır”.

Hərbi ekspertin sözlərinə görə, diplomatiyadakı gərginliyin hərbi gərginliyə gətitirib çıxaracağı gözlənilmir:

“Hərbi gərginliyi gözləmirəm. Yaxın günlərdə hərbi gərginlik oldu, Azərbaycan ordusunun bölmələri olduqca ehtiyatsız davrandılar. Bu da nəticədə itki ilə nəticələndi. Bundan sonra hərbi gərginlik olması Azərbaycan tərəfinə sərf etmir. Bundan əlavə hərbi gərginlik ona görə sərf etmir ki, əgər Azərbaycan tərəfi hərbi yola əl atacaqsa, Paşinyanın bəyanatları öz təsdiqini tapır. Azərbaycanı digər bir ölkənin ərazisinə girmiş, işğalçı kimi tanıda bilərlər. Ermənistan tərəfi bunu edə bilir. Çünki havadarları var. Biz hələki Laçın və Kəlbəcərə asan şəkildə gedə bilmirik. Ancaq onlar bizim torpaqlara gəlib-gedirlər”.

Səxavət Məmməd

www.yenicag.az

1177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv