!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük əzələ üçün bunu etməyə DƏYƏRMİ? - Həyati TƏHLÜKƏ

!Reklam – Yazi

“Bu idman qidaları saç tökülməsinə, döş toxumasının böyüməsinə, sperma sayının azalmasına, sonsuzluğa, prostat xərçənginə, üzdə və bədəndə həddindən artıq tüklənməyə, səsin dərinləşməsinə, qadınlarda ovulyasiya pozğunluqları, yeniyetmələrdə böyümə və inkişaf geriliyinə səbəb olur”.

Yenicag.az idman qidaları ilə bağlı araşdırmanı oxuculara təqdim edir.

Müntəzəm olaraq idman zalına gedən bəzi idmançılar müxtəlif idman qidaları ilə həyatlarını təhlükə altına ata bilər. Araşdırmada məlum olub ki, 74 faiz idmançı bəzi idman məhsulların sağlamlıqlarına mənfi təsirini bilsələr də, onlardan istifadəni dayandırmırlar.

Dünyada milyonlarla sağlam insan heç bir tibbi səbəb olmadan əzələ qurmaq, yağ yandırmaq, fiziki görünüşü yaxşılaşdırmaq, güc və performansı artırmaq üçün müxtəlif məhsullardan istifadə edir.
Araşdırmalara görə, performans artırıcı məhsullardan istifadə edən kişilərin 74\100-ü 22-35 yaş arasındadır. Ən çox istifadə edilən məhsul testosteron üzərində təsirli olub və həftəlik iynə kimi qəbul edilib. Bu məhsulların uzun müddətli zərərləri var. Amma yenə də istifadə etməyə davam edilir.

Sözügedən məhsullar saç tökülməsinə, döş toxumasının böyüməsinə, xayaların kiçilməsinə, sperma sayının azalmasına, sonsuzluğa, kişilərdə prostat xərçənginə, üzdə və bədəndə həddindən artıq tüklənməyə, saç tökülməsinə, səsin dərinləşməsinə, döşlərin kiçilməsinə, qadınlarda ovulyasiya pozğunluqları, yeniyetmələrdə böyümə və inkişaf geriliyinə səbəb ola bilər. Həmçinin ürək-damar xəstəlikləri, hipertoniya, böyrək və qaraciyərin zədələnməsinə böyük təhlükə yaradır. Hətta vaxtından əvvəl ölüm riskini artıra bilər.

Nəsimi Ələsgərli

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv