!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük güclərin sərhəd məsələsində MÖVQEYİ: "Sülh müqaviləsinin imzalanması bu tarixədək baş tutacaq" - ŞƏRH

!Reklam – Yazi

“Sülh müqaviləsinin imzalanması qaçınılmazdır, ilin sonuna qədər bu baş tuta bilər”.

Bu sözləri Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesi, bunu istəyən və istəməyən qüvvələr barədə danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, İran müdaxilə etməsəydi, bəlkə də sülhyaratma prosesi başa çatardı:

“Proses mürəkkəbdir, çətin gedir. Son zamanlar böyük dövlətlərin işə qarışması nəticəsində bu məsələ ciddi qarşılıqlı mübarizə obyektinə çevrilib. Burada destruktiv rol oynayan, məsələyə konstruktiv yanaşmaq istəyən güc mərkəzləri var. Zənnimcə, Fransa istisna olmaqla, Avropa İttifaqı və ABŞ prosesi həll etmək, bölgədə möhkəm və dayanıqlı sülh yaratmaq istəyir. Bunu Rusiya və xüsusilə son zamanlar aranı qarışdıran İran haqqında demək olmaz. İran Ermənistanı silahlandırır. Bəzi məqamlarda Rusiya özü üzə çıxmır, ancaq İranı qızışdıraraq bu məsələdə destruktivliyi daha da artırır. İranın bu destruktiv, pozucu hərəkətləri olmasaydı, sülhyaratma prosesində daha çox irəliləmək olardı.

Erməniləri elə İran və Rusiya qızışdırır. Sərhəd bölgəsindəki son hadisələr də İranın təhriki ilə həyata keçirilib. Hətta bölgədə İranın SEPAH-ına aid qüvvələrin olması barədə məlumatlar var.

Hesab edirəm ki, sülh müqaviləsinin bir çox bəndləri onlayn yolla razılaşdırılıb. Müəyyən prinsipial məqamlar üzərində iş gedir. Ermənistan tərəfi əvvəl sülh müqaviləsində Qarabağda yaşayan ermənilərlə bağlı da bəndlər istəyirdisə, indi artıq bu barədə heç bir tələbləri yoxdur.

Məsələlər içərisində ən çətini sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Bu məsələdə müəyyən proseslər gedir, xəritələr müəyyənləşdirilir. Sülh müqaviləsinin imzalanması qısa zamanda da baş tuta bilər”.

Səxavət Məmməd

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv