!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük hücumun ANONSU verildi: “Ukraynada cəhənnəm olacaq”

!Reklam – Yazi

“Kiyevin Rusiyanın böyük hücumuna hazırlaşması üçün bir ay qalıb. Mayın sonunda bu hücum başlanacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Polşa Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Boquslav Paçek “Onet”ə müsahibəsində bildirib.

O qeyd edib ki, həmin vaxt Ukraynada cəhənnəm olacaq. Paçekin sözlərinə görə, Amerika yardımı Ukrayna silahlı qüvvələrinə bir neçə ay tab gətirməyə kömək edəcək, lakin münaqişənin taleyi artıq həll olunub.

General hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının təsdiq etdiyi yeni paketdən ukraynalılar yeni silahlar almaq üçün birbaşa olaraq 14 milyard dollardan az vəsait əldə edəcəklər. İlk növbədə, söhbət 155 mm. çaplı artilleriya mərmiləri, artilleriya sursatları və hava hücumundan müdafiə əməliyyatları üçün lazım olan hər cür vasitədən gedir.

“Müdafiəyə gəlincə, Ukrayna bütün gücü ilə dayanır, təkcə sursat çatışmazlığı yox, həm də effektiv müdafiəyə imkan verəcək bir çox başqa şeylər var. 14 milyardlıq bu paket bir neçə aya kifayət edəcək”, – general söyləyib.

Rafi Müslümov

www.yenicag.az

84
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv