!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti”: Dəyirmi masa keçirildi - FOTOLAR

!Reklam – Yazi

Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət – güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, keçirilən dəyirmi masada STM-nin sədr müavini, İdarə Heytənin üzvü Elşad Mirbəşir oğlu açılış nitqi ilə çıxış edib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan bütün layihələrdə yeni bir obraz kimi iştirak edir:

“Təbii ki, buna qədər də bizim inkişaf göstəricilərimiz yaxşı olub. Amma etiraf etmək lazımdır ki, torpaqlar işğal altındaykən hamımızın gözündə kölgə var idi. İndi Azərbaycan ordusunun qüdrəti sayəsində torpaqlarımız azaddır. Güclü Azərbaycan daha da güclü olub. Artıq azərbaycançılıq ideyasının əsas hədəfi son nəticədə güclü Azərbaycanı qurmaq idi. Prezident İlham Əliyevin strateji baxışları azərbaycançılıq ideologiyasının əsasında duran arzuları təmin edə bildi. Ulu Öndər bildirmişdi ki, tale yüklü planların İlham Əliyev tərəfindən yerinə yetiriləcəyinə inanıram. Bu gün Azərbaycan qüdrətli bir dövlətdir. Böyük millət güclü dövlət ideologiyası artıq bizim yeni siyasi xəttimiz kimi görünə bilər. Bu baxımdan da dəyirmi masanın mövzusu yeni ideoloji baxışlarla bağlıdır”.

Elşad Mirbəşir oğlunun giriş nitqindən sonra tədbir iştirakçılarına video-çarx nümayiş etdirilib.

Daha sonra konfrans Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlının sözləri ilə davam edib. O, çıxışı zamanı Azərbaycanın güclü dövlət olmaq yolunda keçdiyi çətinliklərdən bəhs edib.

Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə öz növbəsində vurğulayıb ki, beynəlxalq aləmdə gedən siyasi gedişat fonunda Azərbaycan son proseslərə hazır olmalıdır:

“Böyük millət sözü böyük ideoloji anlayışdır. Bu ideoloq alimlər və ideoloji işlərlə məşğul olan şəxslərin məşğul olmalı olduğu işdir. Ona görə ki, bu dövlətlərin bir millət kimi funksiyalaşması asan məsələ deyil. Şuşa Bəyannaməsi də bu mövzunun təcəssümüdür. Azərbaycanın iş birliyi əlaqələri təkcə Türkiyə ilə deyil, digər dövlətlərlə də var. Güclü dövlət həm də geosiyasi məsələlərdə Cənubi Qafqazın inkişafı ilə əlaqəlidir. Müasir Azərbaycan qalibdir. Amma müasir olmaq həmişə inkişafda olmaq deməkdir. Fikirləşmək lazımdır ki, sonrakı qələbələri necə əldə etmək olar. Bəlkə də bu son müharibə axırıncı olmayacaq. Müasir dünyaya artıq müharibə qayıdır, biz etiraz edə bilmərik ki, əsas məsələ müharibəsiz dünyadır. Bu bir reallıqdır ki, müharibəsiz dünya bir xəyaldır. Azərbaycan son proseslərə hazır olmalıdır”.

Dəyirmi masada Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı, Milli Məclisin deputatı Fazil Mustafa, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə, siyasi elmlər doktoru professor Gülzar İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova ilə yanaşı, bir sıra elm adamları və media nümayəndələri iştirak ediblər.

Gülşən Şərif

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv