!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük Qayıdışda ehtiyatlılıq AMİLİ: “Marşrutdan kənara çıxmaq və xüsusi işarələrlə nişanlanmış...”

!Reklam – Yazi

“Postmüharibə dövründə 300 nəfərdən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya xəsarət alıb”.

Bu fikirləri işğaldan azad olunmuş ərazilərdə vətəndaşlar üçün mina təhlükəsinin aktuallığı haqda danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, mina təmizləmə prosesi 20 ilə yaxın müddət tələb edəcək.

“İşğaldan azad olunan ərazilərdə çalışan şirkətlər ANAMA-nın rəhbərliyi altında fəaliyyət göstərir. Bundan başqa, güc strukturlarının müvafiq bölmələri də minatəmizləmə işinə cəlb olunublar. Lakin təmizlənən ərazilərin miqyası ümumilikdə minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin hələ kiçik bir hissəsini əhatə edir.

Yaxın vaxtlarda yekunlaşacağı gözlənilməyən bu proses hətta 20 il də davam edə bilər. Qayıdış prosesi çərçivəsində artıq müəyyən məhdudiyyətlər aradan qaldırılıb, indi Suqovuşan və Şuşaya şəxsi maşınlarla səfər etməyə icazə verilir. Lakin marşrutdan kənara çıxmaq və yaxud xüsusi işarələrlə nişanlanmış ərazilərə daxil olmaq böyük risklər yaradır.

Həmçinin onu da qeyd edim ki, postmüharibə dövründə 300 nəfərdən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya xəsarət alıb. Buna görə də işğaldan azad olunmuş ərazilərdə qayıdış zamanı vətəndaşlarımız ehtiyatlı davranmalı, heç bir halda qadağan edilmiş ərazilərə daxil olmamalıdırlar”.

Nuray Məmmədzadə

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv