Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Böyük Qayıdış”ın təqdimatı baş tutdu - FOTO

23 dekabr 2020-ci il tarixində “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, onlayn formada keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqdimat Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və 400-dən çox gəncin iştirakı ilə baş tutub. Çıxış edən rəsmilər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun qazandığı tarixi qələbə münasibətilə iştirakçıları təbrik edib, gənclərin Vətən müharibəsində həm ön cəbhədə, həm arxa cəbhədə, həm də informasiya savaşındakı rolunu təqdir etdilər. Həmçinin, dövlət başçısının Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərdiyi qayğı və diqqət, işğaldan azad olunan ərazilərin dirçəlməsi tədbirləri barədə bəhs etdilər. Bu xüsusda, gənclərin həyata keçirilən işlərə dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təsis edilməsini yüksək qiymətləndirərək, ona dəstəklərini ifadə etdilər.

“Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov təşkilatın missiyası, gələcək fəaliyyəti, nəzərdə tutulan proqram və layihələri haqqında geniş məlumat çatdırıb. Bildirilib ki, yaradılan təşkilatın məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir.

Tədbirin gedişatında “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Qarabağ qazisi, Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev və Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimovun da çıxışları dinlənilib.

Onlayn təqdimatın yekununda iştirak edən gənclərin fikir və təklifləri dinlənilərək qeydə alınıb, fəaliyyət planına daxil edilməsi nəzərdə tutulan təkliflər dəyərləndirilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı öz fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub.

 

www.yenicag.az

189