!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyümə dərmanlarının orqanizmdə yaratdığı FƏSADLAR: “Bu xəstəliyin yaranmasına səbəb ola bilər”

!Reklam – Yazi

“Böyümə hormonunun daha çox idmanda istifadə olunması qlobal problem olduğuna görə Dünya Antidopinq Agentliyi onun istifadəsini tamamilə qadağan etmişdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar böyümə hormonlarından həkim məsləhəti olmadan istifadəsi və yarada biləcəyi fəsadlar haqda danışan həkim-endokrinoloq Lalə Şamxalova deyib.

Onun sözlərinə görə, böyümə hormonu müalicə məqsədi ilə istifadə edilən bir proteindir:

“Böyümə hormonu müalicə məqsədi ilə istifadə edilən bir proteindir. Bu dərmanlar canlı hüceyrələrdən əldə edilərək həkim göstərişi əsasında bir sıra xəstəliklərə görə istifadə edilir. Boy hormonu əsasən “Turner”, “Prader-Willi” sindromu, xroniki böyrək çatışmazlığı və böyümə geriliyi olan uşaqlarda istifadə oluna bilir. Lakin son zamanlar bu böyümə hormonun istifadəsi kontrolsuz, həkim təyinatı olmadan edilir. Bu reseptsiz istifadə xüsusilə, idman zallarında baş verir. Böyümə hormonunun daha çox idmanda istifadə olunması qlobal problem olduğuna görə Dünya Antidopinq Agentliyi onun istifadəsini tamamilə qadağan etmişdir”.

Mütəxəssis əlavə edib ki, sözügedən dərmanlar həkim göstərişi olmadan istifadə edilərsə bir sıra fəsadlara gətirib çıxara bilər:

Sözügedən dərmanlar həkim göstərişi olmadan istifadə edilərsə bir sıra fəsadlara gətirib çıxara bilər. Bu hormonlar ürək ritmini gücləndirir, döyüntü artır, nəticədə ürək-damar çatışmazlığı ilə nəticələnə bilir. Akromeqaliya-sümüklərin eninə böyüməsi adlı xəstəliyin əmələ gəlməsinə səbəb ola bilər. Metobalizmaya təsir edərək insulin şəkər balansını pozur. İnsulinə əks hormon olduğuna görə, nəticədə şəkərli diabet xəstəliyi yarada bilir. Eyni zamanda böyrəklərdə su-duz mübadiləsini pozduğuna görə istifadədən bir müddət sonra ödəm-şişkinlik əmələ gətirir. Kəskin sümük və baş ağrısı verir. Arterial hipertenziyanın əmələ gəlməsinə səbəb olur”.

İsmayıl Bakuvi

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv