!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyüyən süni intellekt TƏHLÜKƏSİ: "Texnologiyanın bu qədər inkişaf etməsi..." - RƏY

!Reklam – Yazi

Son zamanlar dünyada ən çox müzakirə olunan məsələlərdən biri də süni intellektin sərhədsiz inkişafı fonunda bəşəriyyətin böyük təhlükə ilə üz-üzə qalması ilə bağlı “öncəgörmə”lərdir. Müzakirələrin bir tərəfində qeyd etdiyimiz təhlükə, digər tərəfində isə insan əməyinin sözügedən texnologiyalar tərəfindən əvəzlənməsi dayanıb.

Bəs proses, həqiqətən, müzakirələrdə qeyd olunan səviyyəyədək gəlib çata bilər? Ümumiyyətlə, süni intellekt təhlükəlidirmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ekspert Azər Sanili bildirib ki, məlumatsız kütlə üçün texnologiyanın bu qədər inkişaf etməsi fərqli nəticələrə yol aça bilər:

“Süni intellekt inkişaf etdikcə proqramçılar və xakerlər arasında müəyyən bir mübarizə və rəqabət başlayır. Proqramçılar istəyirlər ki, yeni tətbiqlər yaratsınlar, xakerlər də istəyirlər ki, boşluq tapıb sistemi “sındırsın”lar. Hamı elə bilir ki, süni intellektin inkişaf etməsi möhtəşəm irəliləyişdir, amma elə deyil. Bu sahə inkişaf etdikcə problemlər də artacaq. İnsan peşələrini robotların əvəz etməsi, xakerlik, məlumat sızdırılması və bu kimi digər problemlər ortaya çıxa bilər.

Həmçinin ən vacib məsələ təhlükəsizlikdir. Təhlükəsizliyin süni intellekt tərəfindən qorunub-qorunmaması sual altındadır. Baxın bu cür məsələlər onu göstərir ki, məlumatlı olmayan kütlə üçün texnologiyanın bu qədər inkişaf etməsi fərqli nəticələrə yol aça bilər”.

Şahanə Paşa

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv