!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"“Boz qurdlar” İsraillə döyüşməyə hazırdır" - Dövlət Baxçalı

!Reklam – Yazi

“Boz qurdlar” İsrailə qarşı çıxmağa hazırdır.

Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə “Boz Qurdlar” Partiyasının lideri, millətçi MHP-nin başqanı, Ərdoğanın əsas siyasi müttəfiqi Dövlət Baxçalı bildirib.

O, “Boz qurdlar”ın İsrailə qarşı döyüşməyə hazır olduğunu açıqlayıb.

“Qüds Boz Qurdlarının könüllüləri İsrailin hücumu altında olan Fələstinin müdafiəsinə qalxmağa hazırdır”, –  Baxçalı deyib.

“Bozqurdlar” və ya təşkilat üzvlərinin dediyi kimi, Ülkü Ocakları (“İdealist Cəmiyyət”) türk millətçiliyi ilə İslamçılığın qarışığı olan türk millətçi təşkilatıdır.

Alparslan Türkeş tərəfindən 1969-cu ildə millətçi MHP-nin gənclər təşkilatı olaraq yaradılıb.

“Boz Qurdlar”ın bugünkü lideri MHP başqanı Dövlət Baxçalıdır. Təşkilatın simvolu türk mifologiyasından götürülüb. Burada qurd düşmənlər üzərində qələbə simvolu, türk xalqlarının xilaskarı kimi görünür.

Qeyd edək ki, Təşkilatın fəaliyyəti Özbəkistan, Qazaxıstan və Azərbaycanda qadağan edilib.

Xuraman Etibarlı

 

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv