!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Boz Qurdlar”ın QƏLƏBƏSİ: Almaniyada "erməni soyqırımı" abidəsi SÖKÜLƏCƏK - FOTO

!Reklam – Yazi

“Boz Qurdlar” Köln merinin “erməni soyqırımı” memorialının sökülməsi ilə bağlı qərarına nail olub.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” telekanalı məlumat yayıb.

“Boz Qurdlar” türk təşkilatının çoxlu sayda tərəfdarı var. Politoloq Bozayın fikrincə, buna görə onu dövlət səviyyəsində qadağan etmək demək olar ki, mümkünsüzsür.

Köln şəhərinin meri Henriette Reker Türkiyənin “Boz Qurdlar” təşkilatının təzyiqi ilə “erməni soyqırımı” abidəsini sökmək qərarına gəlib. Bir neçə ildən sonra erməni memorialının yerində “irqçiliyə qarşı və insan haqları naminə” abidəsi ucaldılacaq.

“Boz Qurdlar” həmişə soyqırımı inkar edənlərin böyük Köln təşəbbüsündə fəallıq göstəriblər. İndi onlar məqsədlərinə çatdılar: “soyqırım” xatırlanmayacaq”, – Welt yazıb.

Telekanal qeyd edib ki, şəhərin erməni icması bir ildən artıqdır ki, belə bir qərara qarşı mübarizə aparır.

Politoloq və ekstremizm üzrə ekspert Kamal Bozay türk ultramillətçiliyinə münasibət bildirib. O qeyd edib ki, Almaniyada türkyönlü qüvvələrin təsiri yaxın gələcəkdə zəifləməyəcək. Çünki Türkiyədən dəstək çox böyük, Ankaraya müqavimət isə azdır.

Welt xatırladır ki, Almaniyada Boz Qurdların 12.000-18.000 üzvü var.

Welt həmçinin Berlini ölkədə sağ ekstremizmin yayılması təhlükəsinə biganə qalmaqda ittiham edib.

Xuraman Etibarlı

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv