!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Boz” seçki kampaniyasının SONU: “Nə şüarlarda, nə reklam materiallarında, nə də...”

!Reklam – Yazi

“Ölkədə seçki texnologiyasınin inkişafı üçün yaranan daha bir imkandan istifadə edilmədi”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri çərçivəsində yekunlaşmaqda olan təbliğat-təşviqat kampanıyasının gedişini dəyərləndirən siyasi texnoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 7 fevral seçkiləri kampaniyasında hər hansı yenilik müşahidə edilməsi:

“Namizədlərin ayrı-ayrı çıxışlarında, yaxud təşkil olunan debatlarda iddialılar tərəfindən hər hansı yeni ideyaya əsaslanan fərqli proqram təqdimatının şahidi olmadıq.

Yəni nə şüarlarda, nə reklam materiallarında, nə də yanaşmalarda namizədlərin müəyyən yeniliklər edəcəklərinə dair gözləntilərimiz özünü doğrultmadı. Nəticədə isə ölkədə seçki texnologiyasınin inkişafı üçün yaranan daha bir imkandan istifadə edilmədi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv