“Bozbaşh pictures”in Qılmanı: “Evliyəm, amma kənarda iki xanım saxlayıram” – Yenicag.Az

Reklam

Reklam

Əsil adı İlkin Misgərlidir, amma insanlar onu Qılman doktor obrazıyla tanıyır və elə belə də müraciət edir. “Bozbaşh pictures”in Qılmanından söhbət gedir. Film təqdimatlarının birində onu söhbətə çəkdik. 

Yeniçağ.az-a müsahibə verən aktyor şəxsi həyatıyla bağlı maraqlı etiraflar da etdi.

– Sizə çoxları Qılman deyə müraciət edir, bu sizin xoşunuza gəlir, yoxsa, əksinə, əsəbiləşdirir?

– Açığı əvvəllər xoşuma gəlirdi, amma indi artıq yaş keçib. Düşünürəm ki, elə öz adımla çağırsalar, daha yaxşı olar.

– Bayaqdan baxıram, səninlə şəkil çəkdirmək üçün qızlar növbəyə düzülüb… Heyranlarınız çoxdur deyəsən?

– Yox məndə o qədər də çox deyil. Komandada ən çox xanım heyranları olan Fəlakətlə Şirindir (gülür).

– Bəs Ağsaqqal?

– Hə, elə onda da çoxdur. Filmdə qoca olmağına baxmayın, həyatda cavan oğlandır.

– Sevilməynin sirri səncə, nədədir, şirin ləhcəylə danışmağında?

– Məncə yox, çünki ləhcə elədir ki, bu gün ləhcəylə danışa bilərəm, sabah ləhcəsiz. Düşünürəm ki, sevilməymin səbəbkarı az da olsa, istedadımdır.

– Bilirik ki, Azərbaycanın bütün bölgələrində sizi sevirlər. Bölgələrdə başınıza yəqin ki, maraqlı əhvalatlar çox gəlib. Bəlkə birini danışsan.

– Maraqlı əhvalatlar çox olub. Bizim üçgünlük-dördgünlük çəkilişlərimiz uzanır, bir həftəyə başa gəlib. Çünki bütün bölgə camaatı axışıb bizi görməyə gəlir. Bir hadisə danışım. Mənim canlandırdığım Qılmanın paltarı əyninə böyükdür axı. Bir yandan da bığı onu yaşından qat-qat böyük göstərir. Bir dəfə çəkiliş gedirdi. Gördük bir nəfər polislə mübahisə edir. Yaxınlaşdıq ki, nə məsələdir, dedi mən mərcə girmişəm, Qılmana sual verməliyəm.  Dedim noolub, qayitdı ki, sənin doğrudan 65 yaşın var? Dedim ə, yox, nə 65? Rolda elə yaşlı görünürəm. Demə bir həmkəndlisi ilə mərcə giribmiş ki, Qılmanın 65 yaşı var.

– Tamaşaçıların daha çox hansı yaş təbəqəsinə məxsusdur?

– 60 faiz uşaq və gənclərdir. Birdə görürsən məni görən kimi qışqırırlar Qılman əmi. Onda əsəbiləşirəm. Tez-tez sual verirlər ki nöhün e, nöhün?Kılmanın ən çox işlətdiyi sözdür axı nöhün.

– Ləhcəylə danışmaq çətinlik yaradır sənə?

– Əlbəttə çətindir. Keçən il “Palata 106” filmində Şəki ləhcəysilə, ondan qabaq Salyan ləhcəsiylə danışdım.

– Xaraktercə necə birisən?

– Həyatda yumor hissim olsa da, çox ciddiyəm. Kütlə içinə düşəndə komplekslərim olur, sıxılıram.

– Bəs xarici görünüşünlə bağlı ən böyük kompleksin nədir?

– Saçımın tökülməsi məni çox kompleksə salır.

– Niyə bunu özünə dərd edirsən ki? Əkdirə bilərsən də…

–  Hə, yazda əkdirməyi planlaşdırıram.

– Evlisən bildiyim qədər… Bəzi məşhurlar var ki, evli ola-ola özlərini subay oğlan kimi qələmə verirlər.

– Yox, mən efirdə də bunu gizlətmirəm. Bir qızım da var, evliyəm, amma qıraqda iki xanımla oturub-dururam. Bunu yazmayın ha, zarafat edirəm.

– Narahat olma, elə mən də zarafatla yazacam, sonra demə ha, demədi. (Onunla birlikdə olan “Bozbaşh pictures”in rejissoru  Rövşən də söhbətə müdaxilə edir. Yazın ki, evlidir, qıraqda da iki xanım saxlayır).

– İlkin sosial şəbəkədə barəndə nə yazırlar?

– Rolumla bağlı gülməli səhnələrimi yada salırlar, daha çox xoş sözlər yazırlar.

– Heç səni əsəbiləşdirənlər olur?

– Məni əsəbiləşdirmək olar, iki nəfər mühafizəçi ilə gəzirəm.

– Ciddi deyirsən?

– Zarafat edirəm, məni ən çox əsəbiləşdirən “Bozbaşh pictures”in rejissoru bax bu Rövşəndir(gülür).

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 229
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.