Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Bozbash”dan ayrılan “Ağsaqqal”: “Kefindən qalmır”

“Bozbash pictures”in yeni layihəsində aktyor Azər Baxşəliyevin olmaması söz-söhbətlərə rəvac verib. “Bozbash pictures”in “Ağsaqqal”ı kimi tanınan Azərin komandadan birdəfəlik ayrıldığı deyilir.

Yenicag.az-a açıqlama verən A.Baxşəliyev ayrılmadıqlarını, sadəcə, birillik fasilə verdiklərini bildirib.

“Ən yaxın dostlar arasında da söz-söhbət olur, amma biz ayrılmamışıq. Verilişi birillik dayandırdıq. İstəyirik, insanlar bizim üçün darıxsın, arzulasın, yolumuzu gözləsin. Nicatla İlkin Misgərli və İlkin Həsəni yeni layihə təqdim edəcək, mart ayında da filmimizin nümayişi olacaq”.

“Ağsaqqal”ı bir il ərzində görə biləcəyikmi” sualına aldığımız cavab “Bozbash” sayağı oldu. Aktyor “Ağsaqqal”ın təqaüdə göndərildiyini bildirdi:

“Ağsaqqal” yaşlı adamdır, təqaüdə çıxdı. Bir il bağda oturub, istirahət edəcək. Kefindən, əyləncəsindən qalmır, bütün günü cavan qızlarla bir yerdədir. Yaxşı bir sözü də yoxdur, qabağına çıxana deyir ki, tüpürüm sizin üzünüzə”.

Cəvahir

www.yenicag.az

17266
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100