!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BQXK əməkdaşları Vaqif Xaçatryana baş çəkdi

!Reklam – Yazi

“5 avqust tarixində BQXK nümayəndələri iyulun 29-da saxlanılan şəxsə bir daha baş çəkiblər”.

Bu barədə Yenicag.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynov məlumat verib.

O bildirib ki, saxlanılan şəxslə təkbətək görüş keçirilib və o Qızıl Xaç Məktubu vasitəsilə ailəsi ilə əlaqə saxlamaq imkanından istifadə edib.

“Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – İ.Hüseynova qeyd edib.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv