!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BQXK Laçın yolunun humanitar məqsədlər üçün açıq oluğunu yenə təsdiqlədi

!Reklam – Yazi

“Keçən ilin dekabr ayından etibarən tibbi müdaxiləyə ehtiyacı olan 99 xəstəni təxliyə etmişik, xəstəxanalara dərman vasitələri, ərzaq və uşaq qidaları çatdırmışıq”.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin İctimaiyyətlə əlaqələr departamentinin BQXK-nın Laçın yolu boyu həyata keçirdiyi əməliyyatlara dair açıqlamasında bildirilib.

Qeyd edilib ki, BQXK bu dövr ərzində Laçın yolunda neytral humanitar vasitəçi olaraq əməliyyatlar həyata keçirir:

“Belə əməliyyatlar hər zaman aidiyyəti qurumların hər biri ilə razılaşdırılaraq həyata keçirilir.

Biz bütün logistik məsələləri onlarla müzakirə edir, nəqliyyat vasitələrimizdə kimi və nəyi daşıdığımız barədə onlara məlumat verir, əməliyyatın həyata keçirilməsini onlarla razılaşdırırıq. BQXK bu neytral mövqeyə əməl etməsə və ona sadiq qalmasaydı, bu əməliyyatları həyata keçirmək mümkün olmazdı. Tərəflərlə apardığımız bu açıq və şəffaf dialoq ehtiyacı olan insanların köməyinə yetişməyimizə imkan verir”.

Bu açqlama bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün Laçın yolunda heç bir məhdudiyyət yoxdur.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv